Türkiyə Təhsil Nazirliyi sistemində 15 mindən çox insan işdən qovulub

  • By admin
  • 19 İyul 2016 17:42

egitim

 

 

 Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanmış təmizləmə əməliyyatının miqyası getdikdə böyüyür.

 

Gununsesi.info “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 15 mindən çox insan qovulub. “Nazirliyimizin mərkəzi aparatı və bölgə təşkilatlarında çalışan, FETÖ ilə əlaqəli şəxslərlə bağlı genişmiqyaslı araşdırma aparılır. Bu gün etibarilə 15 min 200-dən çox dövlət personalı işdən kənarlaşdırılıb. Bu şəxslər haqqında təhqiqata başlanıb”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Gununsesi.info