
Türkiyənin müxalifət partiyalarından biri olan DEVA Partiyasının sədri Əli Babacan bu ölkənin bir sıra media quruluşlarını tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Əli Babacan müstəqil medianı hökumətə satılmaqda ittiham edib.
Onun sözlərinə görə, TRT kanalları, Dəmirörən, Doğuş, Turkuaz, Acun Medya, Kanal D, ATV, A Haber, A2, CNN Türk, teve2, TV8, TVNet, Kanal 7, Ülke TV, 360 TV, 24 TV… və bəzi digər media qurumlarının partiyanın reklam filmini pul qarşılığında yayımlamaqdan imtina edib: “Aparılan siyasət azad medianı sıradan çıxarıb”.
Əli Babacan daha sonra Türkiyə mediasına səslənib: “Qorxmayın. Türkiyə qazananda siz də qazanacaqsınız. Reklamımızı yayın. Ayrı-seçkilik etməyin. Biz bunu etmirik, siz də etməyin”.
Tərcümə:
Mais
Gununsesi.info