Türkiyə tomatına qoyulan qadağaya görə 2 milyard dollar ziyana düşdü

  • By admin
  • 10 Avqust 2017 17:32

tomato-juice-e14442610753711

Türkiyə Rusiyanın onun tomatına qoyduğu qadağa nəticəsində 2 milyard dollar ziyana düşüb.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya milli tərəvəzçilik ittifaqının analitiki Kiril Laşin bildirib.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi deyib ki, əgər Moskva bəzi kənd təsərrüfatı məhsullarının ticarətinə qoyduğu qadağanı aradan qaldırmayacağı təqdirdə, Ankara məcburiyyət qarşısında cavab addımları atacaq. “Türkiyə istehsal etdiyi tomatın 40 faizini Rusiyaya ixrac edirdi. Rusiya da öz növbəsində, ona ehtiyac olan tomatın yarıdan çoxunu bu ölkədən idxal edirdi. Türkiyənin istehsal etdiyi tomatın Rusiyaya qoyduğu qadağa nəticəsində dəyən ziyan 2 milyard dollara yaxınlaşır”- deyə, Laşin bildirib.

Laşin onu da deyib ki, Türkiyə tomatının yerini Çin tomatı tutub: “Bundan əlavə, Azərbaycandan Rusiyaya tomat ixracı iki dəfə, Mərakeşdən üç dəfə, Belarusiyadan da müəyyən qədər artıb”.

O deyib ki, Türkiyə indi özünə yeni bazar axtarışındadır.

Gununsesi.info