
Sevindirici haldır ki, yeni ABŞ hökuməti PKK-ya qarşı daha qəti mövqe nümayiş etdirir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Fikri İşıq ABŞ Müdafiə naziri Ceyms Mattislə görüşü haqda danışarkən deyib.
“Matisslə görüşdə Suriya böhranını, Rakka əməliyyatını müzakirə etdik. Ona ABŞ-ın Əsəd rejiminin İdlibdə təşkil etdiyi kimyəvi hücuma cavab verməsinin çox təqdirəlayiq hal olduğunu dedim. Bundan sonra Əsəd nəinki kimyəvi silah, adi silahlardan istifadə etmək istəyəndə belə bunun cavabını alacağını gördü”, – İşıq bildirib.
Gununsesi.info