Türkiyə turizminə ciddi ziyan dəyib

  • By admin
  • 29 İyul 2016 15:15

turkiye

 

Türkiyənin turizm gəliri, son 3 ayda keçən ilin eyni dövrünə görə yüzdə 35,6 faiz azalaraq 4 milyard 981 milyon 318 min dollar olub. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb. Belə ki, cari ilin ikinci rübünə dair turizm statistikaları ictimaiyyətə açıqlanıb. Açıqlamada deyilir ki,  turizm gəliri bu ilin ikinci rübdə  keçən ilin eyni dövrünə görə yüzdə 35,6 azalıb və 4 milyard 981 milyon 318 min dollara geriləyib.Turizmdən əldə edilən gəlirinin 77,1 faizii xarici ziyarətçilərin, 22,9 faizi isə xaricdə yaşayan vətəndaş ziyarətçilərin payına düşüb.

Bu rüblükdə edilən xərclərin 4 milyard 73 milyon 3 min dollarını fərdi xərclər, 908 milyon 315 min dollarını isə paket dövr xərcləri meydana gətirib. Bu ilin İkinci rübündə  adam başına ortalama xərcləmə 665 dollar olarkən, xaricilərin ortalama xərcləməsi 602 dollar, xaricdə yaşayan vətəndaşların ortalama xərcləməsi isə 973 dollar civarında  reallaşıb.

Gununsesi.info