“Türkiyə tutduğu yolla gedəcək…” - Arzu Qazıyeva

  • By admin
  • 20 Dekabr 2016 16:12

arzu-qaziyeva

“Rusiya səfirinin öldürülməsinin iki ölkə arasındakı münasibətləri yenidən pozacağını düşünmək sadəlövhlükdür. Sifarişçilər də bu qədər sadəlövh deyillər, əlbət. Sifariş bu məqsədə yönəlməyib. Siyasi qətllərin əsas motivi həmişə məxfi qalır, yalnız ehtimallar söyləmək mümkündür – geniş ictimaiyyət üçün. Birincilər təbii ki, həqiqəti bilməmiş olmurlar”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış telejurnalist Arzu Qazıyeva öz “Facebook” statusunda yazıb.

O, qeyd edib ki, sanki bütün dünya bu ölkəni sarsıtmaq, diz çökdürmək üçün ağlasığmaz dərəcədə açıq şəkildə əl-ayağa düşüb.

“Türkiyə tutduğu yolla gedəcək, birmənalı olaraq. Bu yolun düz və ya səhv olmasını söyləmək isə zamanın və tarixin öhdəsindədir. Lakin bu, başqa mövzudur. O ki qaldı ardıcıl baş verən terror hadisələrinə, bu, onu bir daha göstərir ki, ölkənin təhlükəsizlik sistemi xeyli zəifdir. 1979-cu il İran inqilabının baş verdiyi dönəmdə İslam inqilabının lideri Xomeynini öldürmək üçün onun Qumdakı iqamətgahına uçan iki amerika qırıcısını inqilab fədailəri elə havadaca məhv etmişdilər. Ondan sonra da ölkənin təhlükəsizlik sistemi elə quruldu ki, 37 ildir ki, bu ölkəni nə dağıda, nə də sarsıda bilirlər”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info