
“”TürkSAT 5B” kosmosda səkkizinci aktiv peykimiz olacaq. 42 dərəcə şərq orbitində ölkəmizə 35 il xidmət etmək üçün kosmos səyahətinə başlayır. Xeyirli-uğurlu olsun!”
Gununsesi.info xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Facebook”da paylaşım edib.
Qeyd edək ki, “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılıb.