Türkiyə universitetlərində FETÖ əməliyyatı

  • By admin
  • 10 İyul 2017 15:58

13

Türkiyədə Fətullah Gülən (FETÖ) təşkilatlanması ilə bağlı İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 72 şübhəlinin tutulması barədə qərar verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar əsasında İstanbul Polis İdarəsinin əməkdaşları Boğaziçi və Mədəniyyət Üniversitetində xüsusi əməliyyat keçirib.

Belə ki, əməliyyat nəticəsində Boğaziçi Universitetindən 1-i professor olmaqla 8 nəfər, Mədəniyyət Universitetinin tibb fakültəsindən 19-u tələbə olmaqla 64 nəfər saxlanılıb.

Qeyd edək ki, saxlanılanlar arasında Boğaziçi Üniversitetinin akademiki Koray Çalışqan da var.

Haqlarında həbs qərarı verilən şəxslər FETÖ şəbəkəsinin gizli ünsiyyət vasitəsi olan “ByLock”-dan istifadədə təqsirləndirilir.

Anar

Gununsesi.info