Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın “strateji məsələdir və tamamlanmalıdır” dediyi Zəngəzur dəhlizi Qərbdə narahatlıq yaradıb. ABŞ-ın “Forbes” jurnalı dəhlizin qitələr arasında tarazlığı dəyişdirmək potensialına malik olduğunu bildirərkən, Yunanıstan mediası dəhlizin türk dünyasını birləşdirəcəyinə diqqət çəkib. Azərbaycanın Qarabağ bölgəsində başlatdığı və 24 saatdan az bir müddətdə qələbə ilə bitirdiyi antiterror əməliyyatından sonra dünyanın bütün gözləri Qafqaz regionuna yönəlib. Prezident Ərdoğan və Əliyevin bazar ertəsi Naxçıvan görüşü və həmrəylik mesajları iki ölkə arasında dərin əlaqələri bir daha ortaya qoysa da, türk dünyasının birləşməsi ehtimalı Qərbi narahat edir, deyəsən…
Gununsesi.info xəbər verir ki, ABŞ-ın “Forbes” jurnalı “Ermənistan-Azərbaycan münaqişəsi İran, Türkiyə, Rusiya və Çində güc balansını dəyişə bilər” başlıqlı təhlilində Qarabağda baş verən proseslərin qlobal güc balansı üçün geniş nəticələri ola biləcəyini vurğulayıb. “Hərçənd Ermənistanla Azərbaycan arasında baş verənlər fantastik səslənir, xüsusən də “Dağlıq Qarabağda əldə edilən nəzarət qitələrarası tarazlığı dəyişmək potensialına malikdir”. Coğrafiyada gizlənən “fövqəlgüc”ün heç kimin fərqinə varmadığına diqqət çəkən “Forbes” Ermənistan ərazisinin bir hissəsindən keçən və Azərbaycanı Türkiyəyə birbaşa birləşdirən “Zəngəzur dəhlizi” sayəsində iki türk dövlətinin bir-birinə birbaşa bağlana biləcəyinə diqqət çəkib.
Ermənistanla İranın və Moskvanın da bir müddət dəhlizə qarşı çıxdığını xatırladan “Forbes” bunun səbəbini belə izah edib: “Zəngəzur dəhlizi niyə bu qədər vacibdir? Çünki dəhliz Orta Asiyadakı türk respublikalarını Azərbaycan üzərindən Türkiyə ilə birləşdirəcək və “Mərkəzi Dəhliz” adlanır.” O, daha uzun şimal-cənub marşrutunun son ayağı olmaq potensialına malikdir. Burada söhbət tarixi İpək Yolu ticarət yolunu canlandıra biləcək dəmir yolu və avtomobil xətlərindən gedir”.
Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın qızıl, qaz, neft və bənzəri xammal satmaqda hazırda Rusiya, Çin və İrandan asılı olduğuna diqqət çəkən jurnal Azərbaycan və Türkiyənin cədvələ daxil edilməsi ilə blokadanın qırılacağını və türk ölkələri arasında regional supergüclərdən uzaq, birbaşa magistralın yaradılacağını yazıb. “Forbes” türk dövlətlərinin bir araya gəlib birlikdə hərəkət etmələrinin İran, Rusiya, Çin və Ermənistan üçün yeni təhlükə yaradacağını iddia edərək, bu vəziyyətin dünyanın bir çox yerində türkləri ruhlandıracağını yazıb. Jurnal Mərkəzi Asiya C5 ölkələrinin iqtisadiyyatlarının getdikcə böyüdüyünü və onların şüurlu şəkildə bir-birinə bağlı olduğunu yazaraq, ABŞ prezidenti Co Baydenin 5 1 təşəbbüsünün məhz bu səbəbdən edildiyini bildirib.
Yunanıstan mediası da “Dağlıq Qarabağ Ermənistan üçün bitdi, Türkiyə üçün isə yeni başlayır” başlıqlı təhlildə “Zəngəzur dəhlizi”nə də diqqət çəkilib. “CNN Greece” Ərdoğanın sözlərinə istinad edərək yazıb ki, “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edən türk qardaşların bu xüsusi dəhlizin yaradılmasının Ermənistana qarşı zəfər olacağını və Ərdoğanın türk dünyasını birləşdirmək öhdəliyini yerinə yetirəcəyini yazıb.
Zəngəzur dəhlizinin Türkiyənin Azərbaycanla birbaşa əlaqəsini təmin edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında deyib:
“Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır”.
Səid Əhmədli
Gununsesi.info