Türkiyə və BƏƏ 12 saziş imzalayacaq

  • By admin
  • 13 Fevral 2022 18:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 14-15 Fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində iki ölkə arasında 12 sazişin imzalanması gözlənilir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd olunub ki, imzalanacaq sənədlər investisiya, ticarət, müdafiə, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və digər sahələri əhatə edəcək.

 

 

Gununsesi.info