Türkiyə və Çin bazarlarını vuran dollar “zərbəsi” Azərbaycana hansı təsirləri göstərəcək?

  • By admin
  • 05 Yanvar 2017 16:55

dollar

Azərbaycanın ticarət dövriyyəsində ilk 5-likdə yer alan Çin və Türkiyə maliyyə bazarlarında çaxnaşma yaşanmaqdadır. Dolların ucuzlaşması, Çin qiymətli kağızlar bazarında yaşanan iflas, Türkiyədə qeyri-sabit siyasi mühit  yuan və lirəyə ciddi təsir göstərməkdədir.  Hər iki hökumət ölkədən kapital axınının qarşısını almaq üçün müxtəlif  yollar düşünməkdədir.  Bu isə, təbii ki, ən böyük ticarət tərəfdaşlarımızla yaşanacaq əməliyyatlara, habelə qiymətlər mənfi təsirlərini göstərəcək.

Gununsesi.info xəbər verir ki, Çin hökuməti valyuta alışı ilə bağlı məhdudiyyət tətbiq etməyə başlayıb. BBC-i xəbər verir ki, hər bir ölkəvətəndaşı il ərzində maksimum 50 min dollar ala biləcək. Qeyd edək ki,  Pekin yuanı qorumaq üçün 2016-ci ildə də bu siyasəti həyata keçirmişdi. Görünən odur ki, yeni ildə də bu siyasət dəyişməz olaraq qalacaq.

Çin hökumət administrasiyasının rəsmi saytında bildirilir ki, bununla ölkədən kapital axınının  və iqtisadi tempin aşağı düşməsinin qarşısıalamağa çalışırlar.  2015-ci ildə Çindən çıxan kapitalın həcmi 1 trilyon dollar olub ki, bu da kifayət qədər böyük rəqəmdir.

Bu dəfə yeni qaydalara çinlilərə şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, əldə etdikləri vəsaitlərin mənbəyi barədə də informasiya açıqlamaq məcburiyyəti qoyulub.

Şirkətlərin dollarla investisiya əməliyyatları ilə də bağlı məhdudiyyətlər nəzərdə tutulub, dövlət və ya ölkə iqtisadiyyatında əhəmiyyət daşımayan layihələrə investisiya qoyulmasına əngəllər yaradılacaq. Eyni zamanda qızıl idxalına da məhdudiyyətlər qoyulub. Bəzi banklar xaricdən qızıl almaqda çətinliklər yaşayırlar.

Ticarət dövriyyəmizdə ilk pillədə duran, qonşu və qardaş Türkiyə bazarlarında da buna oxşar vəziyyət yaranıb. Lirə dollara nisəbətn son illərin ən rekord həddinə qədər ucuzlaşıb. Goldman Sachs-in proqnozlarına görə,  Türkiyədəki terror hadisələri, Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr və iqtisadi artımın 3 faiz bənd aşağı düşməsi ölkə iqtisadiyyatında çətinliklər yaradıb. Qardaş ölkə habelə son illər ən böyük inflyasiya həddini (8.53 faiz) yaşadı.

İqtisadi Təşəbbüslərə Yardım İctima Birliyinin eksperti Rövşən Ağayev də bildirirki, Türkiyə terrorun kökünü kəsə bilməsə, yaxın dövr üçünölkə iqtisadiyyatında sabitliyin qorunması çox çətin olacaq: “ Türkiyənin ödəmə balansı üzrə məlumatları təhlil edəndə aydın görünür ki, milli valytanın sabitliyinin təmin edilməsində, ölkənin valyuta tələbatının qarşılanmasında həlledici kanallar xidmət ixracı və ölkəyə xarici yatırımlardır. Xüsusilə də cari hesablar balansında yaranan ənənəvi kəsirin aradan qaldırılmasında ölkəyə sərmayə kanalları vasitəsilədaxil olan xarici valyuta kütləsinin, maliyyə hesabında yaranan profisitin rolu həlledici olub.

Son 10 ildə ölkənin xidmət ixracının 60%-ə qədərini turizm təmin edib. Xidmətlər balansında müsbət saldounun yaranması da əsasən turizmlə bağlı olub. Lakin Mərkəz Bankının açıqladığı ən son məlumata görə, bu ilin 10 ayında turizm ixracından daxilolmalar 2015-ci ilin 10 ayına nisbətən 24 mlrd. USD-dən 16.8 mlrd. USD-yə enib. 2013 və 2014-cü illərin eyni dövrü ilə müqayisədə isə azalma 10 mlrd. USD-yə yaxındı”.

R.Ağayev qeyd edir ki, ölkəyə sərmayə gəlişində də kəskin azalma qeydə alınıb: “Məsələn, ötən ilin 10 ayında birbaşa investisiyalarçərçivəsində 14.5 mlrd. USD sərmayə daxil olmuşdu, 2016-cı ilin 10 ayında 8 mlrd. USD-ə düşüb. “Digər sərmaylər” bölməsi çərçivəsindəötən ilin ayında 26.9 mlrd. USD, bu ilin eyni dövründə 13.7 mlrd. USD daxil olub. Banklar vasitəsilə ölkəyə xarici borclanma vasitəsilədaxilolmalar 10 dəfədən çox azalaraq 18.5 mlrd. USD-dən 1.7 mlrd. USD-yə enib. Doğrudur, ölkədən birbaşa və portfel investisiya formasında çıxan vəsitlərin kəskin azalması hesabına tədiyyə balansında tarazlığı qorumaq mümkün olub. Lakin bu durumun özü də çox kövrəkdi – daxildə siyasi və təhlükəszilik problemlərinin kəskinləşməsi ölkəyə kapital gəlişini azaltdığı sürətlə kənara kapital köçünü da qaçılmaz edə bilər”. Türkiyənin istər siyasi, istərsə də iqtisadi sabitliyi bütövlkdə region üçün son dərəcə əhəmiyyətlidir.

Azərbaycanın idxalında əsas yerləri bu iki ölkənin tutduğunu nəzərə alsaq, o zaman proseslərin bizə də təsir edəcəyini düşünmək olar.

Vüsalə Rüstəmova

Gununsesi.info