Türkiyə və Ermənistan nümayəndələri Moskvada görüşə bilər

  • By admin
  • 27 Dekabr 2021 16:23

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada görüşə bilərlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan deyib.

Onun sözlərinə görə, görüşün vaxtı ilə bağlı hələlik razılıq yoxdur.

“Görüşün Moskvada keçirilməsinin mümkünlüyü müzakirə olunur”, – o deyib.

Gununsesi.info