Türkiyə və Ermənistan təmsilçilərinin ilk görüşü

  • By admin
  • 05 Yanvar 2022 22:06

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı müəyyənləşib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Twitter”də bildirib.

HTML tutorial

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşdırılması prosesinə başlamaq üçün təyin olunan xüsusi nümayəndələrin görüşü yanvarın 14-də Moskvada baş tutacaq.

Qeyd edək ki, Türkiyə XİN də görüşün keçiriləcəyi vaxtı təsdiqləyib.

 

 

Gununsesi.info