Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək

  • By admin
  • 20 Dekabr 2021 14:50

“Ermənistan ilə birbaşa təmaslara başlamaq üçün xüsusi nümayəndələr təyin etmişik”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu malayziyalı həmkarı Seyfeddin Abdullah ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

HTML tutorial

M. Çavuşoğlu qeyd edib ki, Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələr arasında tezliklə görüş keçiriləcək.

“Bütün bu addımları atarkən can Azərbaycanla məsləhətləşib addımlarımızı, qərarlarımızı birlikdə qəbul edirik”, – deyə Çavuşoğlu söyləyib.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə başlamaq üçün hər iki tərəf xüsusi nümayəndə təyin edib.

Gununsesi.info ğğ