Türkiyə və İngiltərə arasında 25 milyard fundluq əməkdaşlıq – İki ölkə birlikdə terrorla mübarizə aparacaq

  • By admin
  • 14 Sentyabr 2023 18:15

Türkiyə və İngiltərə arasında 25 milyard fundluq əməkdaşlıq üçün razılaşma əldə edilib. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin XİN başçısı Ceyms Kleverli paylaşım edib.

Bu həftə Ankaraya səfəri edən və iki ölkə arasında təhlükəsizlik və ticari əməkdaşlıq müzakirələri zamanı hər iki tərəfin qərarlı olduğunu bildirən nazir Türkiyəni İngiltərənin “XXI əsrdəki açar müttəfiqi” adlandırıb.

“İki ölkə arasındakı Sərbəst Ticarət Müqaviləsi qarşılıqlı fayda verəcək və daha etibarlı, mürəffəh bir Birləşmiş Krallığın təminatçısı olacaq”, – deyə Kleverli söyləyib.

Tərcümə: Arzu

Gununsesi.info