Türkiyə və İsrail boru kəmərinin tikintisi üçün saziş imzalamaq niyyətindədir

  • By admin
  • 12 İyul 2017 20:05

cd8b227c-d1ef-4182-a5c8-9cd2ea6621f9
Bu ilin sonuna kimi Türkiyə və İsrail Avropaya qaz nəqli üçün nəzərdə tutulan boru kəmərinin tikintisi ilə bağlı saziş imzalamaq niyyətindədir.
“Report” xəbər verir ki, bunu İstanbulda keçirilən XXII Dünya Neft Konqresində İsrailin infrastruktur, energetika və su təminatı naziri Yuval Ştaynits “Anadolu” agentliyinə bildirib.
O deyib ki, biz Türkiyənin energetika və təbii sərvərlət naziri Berat Albayrakla çox məhsuldar görüş keçirdik: “Ümid edirəm ki, o, bu ilin sonuna kimi, danışıqlar prosesini yekunlaşdırmaq və müqavilə imzalamaq üçün İsrailə səfər edəcək. Onun İsrailə səfərinin dəqiq tarixi yaxın aylarda müəyyənləşəcək.”
Onun sözlərinə görə, hazırda iki boru kəmərinin tikintisi üçün intensiv danışıqlar aparılır.
“Bunlardan biri Türkiyə ərazisidir. Həm Türkiyənin daxili istehlakı, həm də Avropaya təbii qaz nəqli üçün İsraildən Türkiyəyə qədər uzanan boru xətti inşa etmək istəyirik. Digər boru kəmərinin isə Cənubi Kipr və Yunanıstandan İtaliyaya qədər inşa olunması nəzərdə tutulur”,- nazir diqqətə çatdırıb.

Gununsesi.info