Xəbər verdiyimiz kimi, Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyədə rəsmi səfərdədir.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, səfər çərçivəsində ölkələr arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.
Mərasim Ankarada baş tutub. Sənədlərə iki Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi imza atıb.
Qeyd edək ki, iki lider arasında baş tutan görüşün nəticələrinə dair toplamda 18 anlaşma imzalanıb.
Gununsesi.info