Türkiyə və Rusiya XİN rəhbərləri Moskvada görüşəcək

Avqustun 31-i Moskvada Rusiya və Türkiyənin XİN rəhbərləri Sergey Lavrovla Hakan Fidan arasında görüş keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən TASS yayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova öz açıqlamasında yaxın zamanlarda iki nazir arasında danışıqlar keçiriləcəyini bildirib.

Xatırladaq ki, Hakan Fidan avqustun 25-i Türkiyənin XİN rəhbəri olaraq ilk səfərini Kiyevə edib.

 

Gununsesi.info