“Türkiyə və Rusiya zorən tərəfdaşa çevrilirlər…” - POLİTOLOQ

  • By admin
  • 09 Avqust 2016 13:21

elxan

 

“Türkiyə və Rusiyanı ortaq dərd də birləşidirir. Əlbəttə, ikitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası, üstəgəl nəhəng layihələr olan “türk axını” və Rusiyanın Türkiyədə nüvə elektrik mərkəzinin inşaasına başlaması amilləri öz yerində, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var: Həm Rusiyanın (Ukrayna hadisələrinə görə), həm də Türkiyənin (Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə) ABŞ və Avropa ilə münasibətləri soyuyub. Buna görə də Türkiyə və Rusiya zorən tərəfdaşa çevrilirlər”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, aralarındakı yeganə düyün nöqtəsi Suriyadır.

“Ancaq məncə, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə olduğu kimi Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etməyəcək. Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə İTAR-TASS agenliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Gözümüzün qarşısında Ərdoğanın ritorikası dəyişir. Həqiqətən siyasət mürəkkəb elmdir, daimi heç nə yoxdur, manevr etmək məcburiyyətindəsən, çayı keçənə qədər ayıya da dayı deməlisən…”- deyə, o, daha sonra bildirib.

Gununsesi.info