Türkiyədə xilasedicilər Hatay vilayətində uçan binanın dağıntıları altında 90 saat qaldıqdan sonra 5 yaşlı qızı və atasını dağıntılar altından sağ çıxara biliblər.
Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.
Cümə axşamı Antakya şəhərində dörd gündən çox dağıntılar altında qalan daha üç nəfər xilas edilib. Bazar ertəsi səhər tezdən 7,8 bal gücündə dağıdıcı zəlzələ baş verib, Türkiyə və Suriyada bir çoxu hələ də yuxuda idi. Əldə olan məlumata görə, 21 000-dən çox insan ölüb, onlardan 18 000-dən çoxu Türkiyədədir.
“Yüz minlərlə vətəndaş yardımların toplanması və fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur”, – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Sağ qalanların axtarışı və Suriyaya humanitar yardım
Suriyada sağ qalanların axtarışı davam edir, lakin insanların sağ-salamat tapılmasının mümkün olacağına ümidlər sönməkdədir. BMT-nin ilk humanitar yardım karvanı cümə axşamı müxaliflərin nəzarətində olan Suriyanın şimal-qərbinə ərzaq və təcili yardım ləvazimatları çatdırıb. Evlərini itirmiş insanlar maşınlarda və müvəqqəti çadırlarda gecələmək məcburiyyətində qalıblar.

Tərcümə: Adil Elxanoğlu
Gununsesi.info