Türkiyə və Ukraynanın səfirləri görüşdü

  • By Admin2
  • 28 Aprel 2025 14:59

Türkiyə və Ukraynanın Bakıdakı səfirləri Birol Akgünlə Yuriy Husyev arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ukrayna səfiri “X” hesabında paylaşıb.

Onun sözlərinə görə, görüş məhsuldar keçib və tərəflər regional təhlükəsizlik məsələləri, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

Bununla yanaşı, Husyev Türkiyənin Ukraynaya dəstəyinə görə minnətdarlığını ifadə edib.

Gununsesi.info