Türkiyə vətəndaşı Kürdəmirdə qəzaya düşüb

Türkiyə vətəndaşı Kürdəmir rayonunda qəzaya düşüb.

Gununsesi.info-nun Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən VAZ-21011 markalı avtomobillə toqquşub.

Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info