Bakıda Türkiyə vətəndaşının ətkəsmə məntəqəsində mənşəyi bilinməyən ət aşkar edilib.
Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov rayon 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülmüş “Ergün Ucal” ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kiloqram ət aşkar olunaraq götürülüb.
Gununsesi.info