2023-cü ildə Türkiyədə xarici gəlinlər arasında 12 faizlə özbək qadınlar birinci olub. Əcnəbi kürəkənlər milliyyətinə görə yoxlanılanda 21,9 faizlə almanlar birinci yerdədir.
Gununsesi.info xəbər verir ki, Türkiyə Statistika Komitəsinin (TÜİK) hesabatına görə, 2023-cü ildə əcnəbi gəlinlərin sayı 31 min 29 olaraq qeyd edilərkən, cəmi gəlinlərin 5,5 faizi əcnəbilər olub.
Türkiyədə keçən il evlənən cütlüklərin sayı 2022-ci ilə nisbətən 1,82 faiz azalaraq 565 min 435-ə düşüb. Ötən il boşanmaların sayı əvvəlki ilə nisbətən 5,79 faiz azalaraq, 171 min 881-ə düşüb. İlk nikah yaşının hər iki cins üçün artdığı müşahidə edilib. Keçən il ilk nikahın orta yaşı kişilər üçün 28,3, qadınlar üçün isə 25,7 olaraq qeydə alınıb. İlk nikahda kişilərlə qadınlar arasında orta yaş fərqi 2,6 il olub.
Milliyətinə görə özbək gəlinlər 12 faizlə əcnəbi gəlinlər arasında birinci olub. Özbək gəlinləri 11,3 faizlə suriyalı gəlinlər və 9,1 faizlə azərbaycanlı gəlinlər izləyib.
Keçən il əcnəbi kürəkənlərin sayı 6 min 345 ikən bu rəqəm ümumi kürəkənlərin 1,1 faizini təşkil edib. Əcnəbi bəylər milliyyətlərinə görə yoxlanılanda 21,9 faizlə almanlar birinci olub. Bunları 19,2 faizlə suriyalılar və 5,1 faizlə avstriyalılar izləyib.
Gununsesi.info