Türkiyə vətəndaşlarına təkidlə İraqın Kürdüstan əyalətini tərk etməyi tövsiyə edir

  • By admin
  • 25 Sentyabr 2017 11:12

turkiye

Ankara İraqın Kürdüstan əyalətində keçirilən referendumla əlaqədar olaraq orada olan Türkiyə vətəndaşlarına təkidlə ərazini tərk etməyi tövsiyə edir.

Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Türkiyə XİN çıxış edib.

Türkiyə XİN-in məlumatında deyilir ki, İraqın şimalında keçirilən referendum İraqın təhlükəsizliyi məsələsində yeni təhdidlərə yol aça bilər. Yarana biləcək təhlükələrlə əlaqədar olaraq İraqın şimalında Ərbildə, Süleymaniyyədə, Dohukda olan türk vətəndaşlarının oranı tərk etməsi təkidlə tövsiyə olunur.

Gununsesi.info