Türkiyə xərçəng olan vətəndaşının dalınca Bakıya təyyarə göndərdi

  • By admin
  • 08 İyun 2020 23:44

Bakıda yaşayan və qida borusu (özofagus) xərçəngi diaqnozu qoyulan Türkiyə vətəndaşı Tələt Vargün təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” saytı məlumat yayıb. Azərbaycanda yaşayan 51 yaşlı Türkiyə vətəndaşı müalicəsini öz ölkəsində davam etdirəcək.

T. Vargün üçün ayrılmış “TC-RSB” nömrəli təcili yardım təyyarəsi saat 19.30 radələrində İstanbul Ümumi Aviasiya Terminalına enib. Təyyarə park edildikdən sonra ona təcili yardım maşını yaxınlaşıb və qısa müddətdən sonra xəstə təcili yardım avtomobili ilə Bakırköydə Doktor Sədi Konuk Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.