Türkiyə xaricində səsvermə bu gün tamamlanır – Seçici sayı nə qədər oldu?

  • By arzu
  • 24 May 2023 09:36

Türkiyədə Prezidentlik seçkisinin ikinci turu üçün səsvermə prosesi bu gün tamamlanır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, səsvermə ölkə çölündəki təmsilçiliklərdə və gömrüklərdə bu gün Bakı vaxtı ilə 18:00-da sona çatacaq.

Səsvermə hüququ olan seçicilərdən 1 milyuon 500 mindən çoxu 22 may saat 23:57-yə qədər öz hüquqlarından istifadə edib.

Son məlumatlarda bu rəqəmin 1 milyon 800 minə çatdığı bildirilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info