Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında etimadın yaradılması istiqamətində konkret addımlarla bağlı bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi saytında “Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə bəzi konkret addımların atılması haqqında qərar haqqında” başlıqlı bəyanat dərc olunub.
“Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Naziri Aparatının birgə bəyanatında elan edilmiş iki ölkə arasında bəzi konkret etimad quruculuğu addımlarının atılması qərarını alqışlayırıq. Biz etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik.
Arzu edirik ki, Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh sazişi ən qısa zamanda imzalansın”, – deyə bəyanatda qeyd edilir.
Gununsesi.info