Türkiyə XİN-dən Almaniyaya etiraz

  • By admin
  • 17 May 2023 20:37

Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Almaniya polisinin türk  jurnalistləri saxlamasıdır.

Türkiyə XİN “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin Almaniya polisi tərəfindən əsassız olaraq saxlanılmasını kəskin şəkildə pisləyib.

“Bu gün “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin Almaniya polisi tərəfindən əsassız olaraq saxlanılması Türkiyə mətbuatına qarşı hədə-qorxu aktıdır. Biz bu iyrənc hərəkəti qətiyyətlə pisləyirik.

Terror təşkilatı FETÖ-nün Almaniyadakı fəaliyyətləri ilə bağlı xəbər yaydıqları üçün hədəf alınan jurnalistlərin dərhal azadlığa buraxılmasını gözləyirik”, – deyə Türkiyə XİN bildirib.

Gununsesi.info