
Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın bu gün Fələstini müstəqil dövlət kimi tanımasına dair bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, bəyanatda deyilir:
“İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi ölkələrin ardınca Ermənistanın Fələstin dövlətini tanıması barədə qərarından məmnunluq duyuruq. Daha əvvəl də vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması istiqamətində səylərimizi davam etdirəcəyik”.
Xatırladaq ki, Ermənistan bu gün Fələstini müstəqil dövlət olaraq tanıdığını bəyan edib. Daha sonra, Ermənistanın İsraildəki səfiri həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info