
Türkiyə Xarici İşlər Nazirliyi Fransanın paytaxtı Parisin Levallois-Perret səmtində yaşanan silahlı hücumu qınayan bəyanat yayıb.
Axar.az xəbər verir ki, nazirliyin bəyanatında olay zamanı yaralananlara təcili şəfalar arzu edilib.
“Parisin Levallois-Perret ərazisində 6 hərbçininin yaralanması ilə nəticələnən olaydan dərin kədər hissi keçirdik. Fransız xalqının dincliyini pozmağı hədəfləyən bu hücumu sərt şəkildə qınayırıq”, – deyə qeyd edilib.
Gununsesi.info