
Krım yarımadasının qeyri-qanuni ilhaqının tanınmaması və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək məsələsində Ankaranın mövqeyi dəyişməz olaraq qalır.
Gununsesi.info bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krım yarımadasının ilhaqının onuncu ildönümü ilə əlaqədar şənbə günü yaydığı bəyanatda deyilir.
Türkiyə XİN xatırladıb ki, 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumda Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərəfindən ilhaqından 10 il keçir.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Biz Krımdakı hadisələri və əsasən də yarımadanın ən mühüm komponentlərindən biri olan Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə və bunu prioritet gündəmimizdə saxlamağa davam edəcəyik”.
“Bir daha təsdiqləyirik ki, beynəlxalq hüququn pozulmasını təşkil edən bu faktiki vəziyyəti tanımırıq və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bildiririk”, – deyə nazirlik əlavə edib.
Gununsesi.info