
Kərkükün rəsmi idarələrində kürd bayrağının asılması İraq konstitusiyasına zidd addımdır. Biz bu qərarı doğru hesab etmirik.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Kərkük Bölgə Məclisində bu gün keçirilən səsvermədə Kərkükdə bütün rəsmi idarələrdə Kürd Muxtariyyətinin bayrağının asılması ilə bağlı qərar qəbul edilib. Biz bu qərarı doğru hesab etmirik və bundan narahatıq. Türkmən və ərəb nümayəndələrinin etirazına baxmayaraq, qəbul edilən qərar İraq konstitusiyasına ziddir”, – bəyanatda bildirilib.
Qeyd edək ki, sözügedən şəhərdə Azərbaycan türkləri, yəni türkmanlar sayca üstünlük təşkil edir.
Gununsesi.info