Türkiyə XİN: Papanın bəyanatı Cənubi Qafqazda təhlükəsizliyə töhfə vermir

  • By admin
  • 27 İyun 2016 16:32

mid_turkey_301014

 

HTML tutorial

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Roma Papası Fransiskin Ermənistandakı bəyanatına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, XİN-in yaydığı bəyanatda deyilir:

“Biz təəssüf hissi ilə müşahidə etdik ki, Roma Papası Fransiskin Ermənistana səfəri indiki mürəkkəb vəziyyətdə Cənubi Qafqazın ehtiyacı olduğu sülh və təhlükəsizliyə töhfə vermir”.

Bəyatanda qeyd olunur ki, Papanın səfər zamanı qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi, erməni katolikosu ilə birgə bəyanatı onun 1915-ci il hadisələri ilə bağlı erməni yalanlarına bağlılığını nümayiş etdirir.