Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında iki terrorçunu məhv etdi

  • By admin
  • 05 Fevral 2024 09:27

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında iki YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, terrorçular “Fərat Qalxanı” antiterror əməliyyatı zonasına hücum hazırlayırmış.

Türkiyə Müdafiə Nazirliyi də terrorla mübarizəni onun tamamilə məhv edilməsinə qədər davam etdirmək əzmində olduğunu bildirib.

Gununsesi.info