Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) silahlı hücuma hazırlaşdığı aşkarlanan PKK/KCK terror təşkilatının liderlərindən biri Mehmet Şefu Akmanı zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, Türkiyə təhlükəsizlik güclərindəki mənbələrə görə, kod adı Bahoz Zaqros olan terrorçu 2005-ci ildə terror təşkilatının sıralarına qoşulub və İraqın şimalındakı Süleymaniyyə bölgəsinə “məsul” olub.
Terrorçu Türkiyə xüsusi xidmət orqanlarının məqsədyönlü əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Gununsesi.info