Türkiyə xüsusi xidmət orqanları ötən il İstanbulda 6 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçılarından birini zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, Suriyanın Həsəkə vilayətində PKK/YPG terror təşkilatının üzvü Nabo Kele Xairi zərərsizləşdirilib.
Xatırladaq ki, ötən ilin noyabrın 13-də İstanbulun İstiqlal prospektində baş verən partlayışda 6 nəfər həlak olub.
Prokurorluğun məlumatına görə, Türkiyə metropolisindəki terror aktı Suriyanın şimalında fəaliyyət göstərən YPG/PKK terrorçularının liderlərinin göstərişi ilə təşkil edilib.
Səid Əhmədli
Gununsesi.info