Türkiyə xüsusi xidmət orqanları PKK-nın İraqdakı liderlərindən birini məhv etdi

  • By admin
  • 25 Dekabr 2023 15:56

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi məqsədyönlü xüsusi əməliyyat nəticəsində terror təşkilatı PKK/KSK liderlərindən olan Erdinç Bolcal zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, “Əli Şebat” kod adı ilə tanınan yaraqlı Süleymaniyyə şəhərində məhv edilib.

Türkiyə təhlükəsizlik güclərindəki mənbələrə görə, Bolcal təhlükəsizlik qüvvələrinə hücum etmək məqsədi ilə terrorçuların ideoloji və döyüş hazırlığına cavabdeh olub. “Əli Şebat”ın İraqın Kərkük şəhərində terror aktı törətməyə hazırlaşdığı müəyyən edilib.

Bolcal onu müşayiət edən terror təşkilatının üzvləri ilə birlikdə zərərsizləşdirilib.

Gununsesi.info