Türkiyə Yunanıstanla növbəti məsləhətləşmə raunduna hazırlaşır

Türkiyə ilə Yunanıstan arasında məsləhətləşmələrin 64-cü raundu fevralın 22-də Yunanıstanın paytaxtı Afinada olacaq.

Gununsesi.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ilki 2002-ci ildə keçirilən danışıqlar yaşanan problemlərin ədalətli, qalıcı və hərtərəfli həllinə zəmin yaratmaq məqsədilə Türkiyə ilə Yunanıstan arasında Egeydə başlanılıb.

HTML tutorial

İki ölkənin nümayəndələri 2016-cı ilə qədər 60 görüş keçirib və bu tarixdən 2021-ci ilə qədər bir daha görüş olmayıb.

Tərəflər danışıqları 2021-ci ildə davam etdirmək qərarına gəliblər. Həmin ilin oktyabr ayında paytaxt Ankarada danışıqların 63-cü raundu keçirilib. O dövrdə “kəşfiyyatçı” ifadəsi işlədilən danışıqlar “məsləhətçilik”lə əvəz eilib.

Digər tərəfdən, Türkiyə Xarici işlər nazirinin müavini Sedat Önal 21 fevralda paytaxt Afinada keçiriləcək işgüzar görüşdə yunanıstanlı həmkarı Kostas Fragkogiannis ilə görüşəcək. Söhbətlər Türkiyə və Yunanıstan arasında iqtisadiyyat və ticarət sahələrində “Müsbət gündəm dialoqu” başlığı ilə keçiriləcək.

Xatırladaq ki, əvvəlki iki görüş 28-29 may 2021-ci ildə Kavala və 16 iyun 2021-ci ildə Antaliyada olub.

Gununsesi.info