Türkiyə: "ABŞ-ın bizlə bağlı 3 planı var"

  • By admin
  • 19 Fevral 2017 14:07

abs

 

Türkiyənin Suriya tezisləri “Fərat qalxanı” əməliyyatı sayəsində qaydasına düşdü və PYD-nin kanton ərazilərini birləşdirilməsi istəyi plandan kənardır.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Fikri İşıq bildirib.

Amerikalı həmkarı Ceyms Mattislə görüşündən danışan İşıq ABŞ-ın Türkiyə ilə bağlı 3 planının olduğunu vurğulayıb: “Mattisin bizə dediyi üç əsas məsələ var: PKK ilə mübarizədə daha çox dəstəyə layiqsiniz, bu dəstəyi verəcəyik, “Fərat qalxanı”nda sizə daha çox dəstək olacağıq, PYD-nin kantonları birləşdirməsi (Afrin və Kobani) mümkün deyil”.

 

Gununsesi.info