Türkiyədə əcnəbi qadınlar ağır şərtlərlərlə çalışır

Türkiyədə qeydiyyatı olmayan immiqrantlar tikinti, kənd təsərrüfatı və tekstil kimi sektorlarda çalışırlar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qeydiyyatsız işləmək qadın mühacirləri bir çox cəhətdən  əlverişsiz edir.

Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üçün ən aktual məlumatlarına görə, ölkədə 168 min 103 əcnəbinin iş icazəsi var. Onların 91500-ü suriyalı olduğu halda, onlardan yalnız 5335-i qadındır.

Qeydiyyatsız işlədiyi təxmin edilən 1 milyona yaxın suriyalı sığortasızdır və çox vaxt minimum əmək haqqından xeyli aşağı maaşlar üçün işləməli olur.

Bildirilir ki, qanunvericiliyə görə, suriyalının iş icazəsi ala bilməsi üçün türk işəgötürən müraciət etməlidir, immiqrant özü üçün iş icazəsi üçün müraciət edə bilməz.

Qeyd edək ki, immiqrant əməyinin cəmləşdiyi sektorlarda işəgötürənlər ümumiyyətlə aşağı maaşlı, sığortasız və təminatsız işə üstünlük verirlər.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info