Türkiyədə əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib

  • By ilhame
  • 13 Yanvar 2024 22:34

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir”, – açıqlamada deyilir.

 

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Gununsesi.info