Türkiyə 2,44 km yüksəkliyə və 278 km/saat sürətə çatan ən son yerli istehsal olan ANKA-3 pilotsuz təyyarəsini uğurla sınaqdan keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Savunma SanayiST” ixtisaslaşmış nəşri məlumat yayıb.
TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu: “İlk uçuşunu sursatla edən ANKA-3 milli qürurumuz müdafiə sahəsində ölkəmizə verəcək gücü bir daha nümayiş etdirdi”.
Bildirilir ki, ANKA-3 döyüş PUA-sı ilk dəfə sınaq uçuşu zamanı sursat daşıyıb. Uçuş 1 saat 10 dəqiqə davam edib.
Tərtibatçılar bildirirlər ki, işlər başa çatdıqdan sonra ANKA-3 döyüş pilotsuz sistemi gövdə daxilindəki iki stansiyanın hər birində 650 kq, stansiyaların daxili qanadlarının hər birində 650 kq döyüş sursatı və 100 kq döyüş sursatı daşıya biləcək.
Bundan əlavə, digər qanadlı raketlərin, təyyarə bombalarının və mini-bombaların inteqrasiyası gözlənilir.
Maksimal kruiz sürəti 835 km/saat, baza hündürlüyü 12,2 km, faydalı yükü 1,2 ton, havada qalma müddəti 10 saatdır.