
Türkiyənin Tuncəli vilayətində təhlükəsizlik qüvvələrinə aid helikopter qəzaya uğrayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza zamanı helikopterdə 9 sərnişin və 3 heyət üzvü olub.
Tunceli vilayəti rəhbərliyinin verdiyi məlumata görə, helikopter hava şəraitinin pis olması səbəbindən qəzaya uğrayıb: “Helikopterdə 7-si polis,1-i zabit,1-i hakim, 3-ü isə ekipaj üzvləri olub.
Qeyd edək ki, hazırda qəzaya uğrayan polis helikopterin axtarışlarına start verilib.
Anar
Gununsesi.info