Türkiyədə 153 min 506 mənzil təcili sökülməlidir

“Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 33 min 143 binada 153 min 506 mənzilin təcili sökülməsinə ehtiyac var”.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi yayıb.

HTML tutorial

Bildirilib ki, zəlzələdən təsirlənən 13 vilayətdə 236 min 410 binada zərərin qiymətləndirməsi aparılıb:

“Nəticələrə əsasən, Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkmiş Kayseri, Niğde və Kilis də daxil olmaqla, 13 vilayətdə zərər qiymətləndirmə işləri davam etdirilir. Bu işə 6 mindən çox mütəxəssis cəlb edilib”.

Gununsesi.info