Türkiyədə 18 ton sianid müsadirə edilib

  • By admin
  • 06 Dekabr 2019 21:23

Türkiyənin şərqindəki Ağrı vilayətində keçirilmiş əməliyyat nəticəsində 18 ton sianid müsadirə edilib.

Gununsesi.org-un məlumatına görə, əməliyyat Türkiyənin İranla sərhədində keçirilib.

Əməliyyat çərçivəsində 5 qaçaqmalçı saxlanılıb.

Qeyd edək ki, ötən ay Türkiyədə iki ailə (ümumilikdə 8 nəfər) sianid içərək intihar etmişdi.

 

Gununsesi.org