Türkiyədə 2 çavuş şəhid oldu –  11 əsgər yaralandı

  • By admin
  • 11 May 2017 22:42

pkk1

 

Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb.

“Report” xəbər verir ki, hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb.

Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumatda 5 PKK terrorçusunun ölü ələ keçirildiyi qeyd olunub.

 Gununsesi.info