Türkiyədə 21 min 929 nəfər işdən çıxarılıb

  • By admin
  • 23 Noyabr 2016 15:35

suleyman
Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində ümumilikdə 21 min 929 nəfər əsgər və polis işdən azad olunub, 9 min 786 nəfər isə həbs edilib.

Gununsesi.info-nun “Türkiyə” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, vəzifəsindən azad olunan əsgər və polisləri əvəzinə 23 min nəfər işə qəbul olunacaq, artıq işə qəbulu prosesinə start verilib.

Konfransda S. Soylu təslim olan terrorist sayının son 17 ildə ən yüksək səviyyəyə çıxdığını deyərək əlavə edib ki, məhz bu il 457 nəfər terror təşkilatdan qaçaraq dövlətə sığınblar.

Sonda S. Soylu bildirib ki, həm PKK-a, həm də FETÖ terror təşkilatlarına aid “qara bazar”da dəyəri ümumilikdə 40 milyard AZN olan narkotik vasitə də ələ keçirilib.

Anar

Gununsesi.info