Türkiyədə 227 hakim və prokuror işdən çıxarıldı

  • By admin
  • 20 Fevral 2017 20:07

aciga-alinan-648-savci-ve-hakim-icin-gozalti-karari-11082016-133504

 

Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Hakimlər və Prokurorlar Ali Təşkilatının (HSYK) 227 əməkdaşı vəzifədən kənarlaşdırılıb.

Gununsesi.info-nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, işdən çıxarılan hakim və prokurorlar FETÖ və PYD terror təşkilatları ilə əlaqədə şübhəli bilinirlər.

YSYK-nın sədr müavini Mehmet Yılmaz bildirib ki, 15 iyulda çevrilişə cəhddən sonra ümumilikdə, 4176 hakim və prokuror haqqında cinayət işi açılıb ki, bunlardan 3886 nəfər işdən ixrac olunub.

 

Gununsesi.info