Türkiyədə 3 yeni universitet yaradılıb

  • By admin
  • 20 Avqust 2016 12:55

5b

Türkiyədə 3 yeni universitet yaradılıb, 5 universitetin adı isə dəyişdirilib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məslisinin qərarı ilə bu il Türkiyədə 3 yeni – İstanbulda Beykoz Universiteti, İzmirdə isə İzmir Bakırçay və İzmir Demokratiya universiteti fəaliyyətə başlayacaq.

Bundan başaq Türkiyə Böyük Millət Məslisi tərəfindən bir neçə universitetin adı da dəyişdirilib. Belə ki, Niğde Universitetinin adı Ömər Halisdemir Universiteti, Cəlal Bayar Universitetinin adı isə Manisa Cəlal Bayar Universiteti, Tunceli Universitetinin adı Munzur Universiteti, Yeni Yüzyıl Universitetinin adı İstanbul Yeni Əsr Universiteti, Yıldırım Bəyazıt Universitetinin adı isə Ankara İldırım Bəyazid Universiteti olaraq dəyişdirilib.

Anar

Gununsesi.info